Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

26 Fevral 2020 09:10 (UTC+04:00)
Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. Bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan "Bakı City Hospital"a köçürülmüşdü. Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.