Ucarda ikimərtəbəli ev yanıb

27 Fevral 2020 13:02 (UTC+04:00)

Ucar rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Alpout kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.