Bakıda 15-ə yaxın çadır quraşdırıldı - Novruzla əlaqədar

27 Fevral 2020 12:40 (UTC+04:00)

Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bu barədə Mövqe.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub:

"İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb".

Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.