FHN rəsmisi: Bəzən yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir

27 Fevral 2020 14:57 (UTC+04:00)

Bəzən yanğınsöndürən maşın həyəcan təbili çalıb yanğın yerinə getmək istəyəndə nəqliyyat vasitələri onlara yer vermir. Yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmirlər.

Mövqe.az-ın məlumatına, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin Baş mütəxəssisi Nizami Fərəcov bildirib. Onun sözlərinə görə, tıxaclardan başqa, insanların harada gəldi şlaqbaumlar, zəncirlər, yerə metal pilətələr quraşdırılması və s. nəticəsində yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir:

"Bunlar azmış kimi idarə edilən nəqliyyat vasitələri də h arada gəldi park edilir. Bu yaxınlarda Yasamalda şərti yanğın yerinə getdik, 40 dəqiqə həmin maşınların yığışdırılması ilə məşğul olduq. Bu şərti idi, əsl yanğın olsa görün nə baş verərdi".

FHN nümayəndəsi bildirib ki, bəzən yanğını.söndürmək üçün su hovuzlarına, giriş-çıxış yollarına, həmçinin yanğın qurğuları və vasitələrinə sərbəst yaxınlaşmaq mümkün olmur.

N.Fərəcov hesab edir ki, su mənbələrinin yerləşdiyi yerlər standart işarələrlə işarələnməlidir.