Qoluna 47 il sonra qovuşdu

1 İyul 2013 18:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerikalı həkim, illərlə saxladığı qol sümüklərini Vyetnam veteranına vermək üçün ölkəyə qayıdıb. Vyetnam müharibəsində kəsilən qol, 47 il sonra sahibinə çatıb. Amerikalı həkim Sam Axelrad, 1966-cı ildə Vyetnam qazisi Nguyen Quang Hungun kəsmək məcburiyyətində qaldığı qolunun sümüklərini sahibinə vermək üçün oğulları və nəvələriylə ABŞ-dan Vyetnama gəlib. Axelrad, 27 yaşındaykən Amerikan əsgərlərinin vurduğu Hungun infeksiya düşən sağ qolunu hərbi Phu Cat xəstəxanasında kəsmək məcburiyyətində qalmış və qolu xatirə olaraq saxlamışdı. İndi uroloq olan Axelrad, telefonla AP-yə etdiyi şərhdə, illərlə döyüş günlərini xatırlamaq istəmədiyi üçün sümükləri gizli şkafında saxladığını, lakin bir gün bunları aid olduğu adama verməyə qərar verdiyini bildirib. Sümüklərinə yenidən sahib olan Hung isə çaşdığını ifadə edərək, "Amerikalı bir həkimin infeksiya bağlayan qolumu alıb, evinə aparması, təmizləməsi və 40 ildən uzun müddət saxlamasına inana bilmirəm" deyib. Bunun bir çox insanın almaq istəmədiyi bir "hədiyyə" olduğunu düşündüyünü ifadə edən Hung, "həkimi yenidən görməyə və qol sümüklərinə sahib olmağa can atdığını" söyləyib.