Movqe.Az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi Başçısı Məsud Bərzaninin səlahiyyət müddəti 2 il uzadılıb. Buna görə, Bərzaninin səlahiyyət müddəti 2015-ci ildə başa çatacaq. İraq Kürd Regional Rəhbərliyi Məclisi, Kürdüstan Demokratik Partiyası və Kürdüstan Vətənpərvərlər Birliyinin təklifi ilə Məsud Bərzaninin vəzifə müddətinin uzadılmasına qərar verilib. Uzatmayla birlikdə 21 Sentyabrda keçirilməsi planlaşdırılan bölgə prezident seçkiləri iki il təxirə salınıb. Buna görə də Bərzaninin səlahiyyət müddəti 2015-ci ilə qədər davam edəcək. Qərar verilərkən, İraq Regional Kürd Rəhbərliyi Parlamentində gərginlik yaşanıb. Qanun təklifi təqdim edilərkən, müxalifət millət vəkilləri təklifə yüksək səslə etiraz edib.