Gömrük Akademiyasında koronavirus əleyhinə lazımı tədbirlər görülüb

27 Fevral 2020 17:20 (UTC+04:00)

Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün lazımı tədbirlər görülür.

Akademiyanın mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Mövqe.az-a verdiyi məlumata görə DGKA-nın müəllim və tələbələrinə, bütün əməkdaşlara maarifləndirici məlumatlar verilib, geniş təbliğat işləri aparılıb.

Təlimat xarakterli plakatlar müvafiq yerlərdə, o cümlədən bütün auditoriyalarda asılıb. Gündəlik gigiyenanın qorunmasının vacibliyi barədə geniş məlumat verilib.

Akademiyada əsaslı dezinfeksiya işləri aparılıb. Akademiyanın tədris korpusu virus əleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.