Bakıda avtoyuma məntəqəsində yanğın olub

28 Fevral 2020 09:17 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.