Putin və Ərdoğan görüşməyə razılıq verib

28 Fevral 2020 16:27 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin baş tutan telefon danışığında Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün görüşməyə razılıq veriblər.

mövqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Türkiyə lideri həmçinin ABŞ, Almaniya və Fransa rəhbərləri ilə də telefon danışıqları aparmaq niyyətindədir.