Cəlilabadda birmərtəbəli ev yanıb

1 Mart 2020 11:13 (UTC+04:00)

Cəlilabad rayonunun Musalı kəndində ümumi sahəsi 105 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.