Mövqe.az Türkiyə mətbuatına istinadən yumşaq və parlaq saçlara sahib olmanın yollarını sizə təqdim edir:
Elektriklənən, zərər görmüş və qurumuş saçlar həssas bir baxıma ehtiyac duyduqda saç kremləri nəmi saçın kökünə hopdurub hər bir telə yumşaqlıq və axıcılıq verərək saçın yaxşılaşmasına kömək olacaq. Saçınızın vəziyyətinə görə seçə biləcəyiniz 3 fərqli üsul var:
Normal durulanan krem
Nədir: Qırılmış saç uclarını müalicə edən, onları nəmləndirən, saç tellərinin bir-birinin arasından axmasını təmin edən gündəlik istifadə üçün nəzərdə tutulan vasitədir.
Necə istifadə olunur: Saçlarınızı şampunladıqdan sonra durulayın, sıxın, ovucunuza az miqdarda nəmləndirici tökün. Bunu saçınızın uclarına çəkin. Diblərə doğru çəkməyə davam edin və əmin olun ki, saç kremi saçınıza tam hopub. Kremi saçlarınızın dibinə sürtməyin.
Durulanmayan saç kremi
Nədir: Saça parlaqlıq verən, nəm qazandıran, elektriklənmənin qarşısını alan, zəif saç tellərini gücləndirən və bəzən də saçı istidən qoruyan krem, sprey ya da serum şəklində saç kremidir.
Necə istifadə olunur: Spreyi 15-20 sm uzaqdan püskürdün. Serum ve kremləri isə ovucunuza damladın, barmaqlarınızla yayın, sonra da onu saçınızın uclarda qalan hissəsinin 2/3-nə tətbiq edin. Diqqətinizi saçın ən çox ziyan görmüş hissəsi olan uclarına yönəldin.
Zənginləşdirici maska
Nədir: Ayda bir və ya iki dəfə istifadə olunan bərpaedici təsirli dərin nəmləndiricidir. Kimyəvi təsirlərə məruz qalmış və zərər görmüş saçlar üçün nəzərdə tutulan bu intensiv və möhkəm formula saç gövdəsini canlandırır və itirilmiş nəmi yenidən bərpa edərək saçın vəziyyətini yaxşılaşdırır.
Necə istifadə olunur: Maskanı saçın hər 3 sm-lik hissələrinə tətbiq edin və saç dibini masaj edin. Geniş ağızlı daraqlarla saçınızı darayın, sonra saçınızı isti bir dəsmalla sarıyın, ya da saça duş papağı keçirin, 10 dəqiqə gözlədikdən sonra saçlarınızı yaxalayın.