Gürcüstandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb

2 Mart 2020 13:58 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirsə də, şəxsi yoxlama zamanı vətəndaşa məxsus pul qabının içərisində olan bir ədəd kağız bükülüdə çəkisi 2 qram olan narkotik vasitə-marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.