Alim Qasımovun nəvəsi nişanlandı - Foto+Video

2 Mart 2020 19:25 (UTC+04:00)

Xalq artisti Alim Qasımovun böyük nəvəsi Fatimənin nişanı olub.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.

Nişan mərasimi şəhər restoranlarından birində baş tutub. Nişan mərasimində A.Qasımov nəvəsi üçün muğam da səsləndirib.

Gecənin maraqlı məqamlarından biri isə gəlinin bəy üçün mahnı oxuması olub.

Qeyd edək ki, Fərqanə Qasımovanın dörd övladı var.