Birini oğru, digərini əsəbi adlandırdı - Fatimədən qalmaqallı açıqlama

2 Mart 2020 21:23 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva şou-biznesin bəzi nümayəndələri haqqında açıqlama verib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla"da ona deyilən adlardan danışıb.

Əməkdar artist Elnarə Abdullayevanı əsəbi adlandıran rəqqasə "Çox əsəbidir, özündən çıxır. Yaxşı insandır, sadəcə, efirdə əsəbidir. Oturub danışırsan kənarda deyib-gülür" sözlərini deyib.

Fatimə müğənni Xuraman Şuşalını oğurluqda ittiham edib:

"Öz fikrin olsun... İndi öz ideyaları var. Yeni xınayaxdıya başlayanda mənim etdiklərimi oğurlayırdı. Buradan nəsə edirdim, səhər görürdüm təkrarlayıb. Onu atdım "qara siyahı"ya".

Sənətçi aşıq Samirə Əliyeva ilə küsülü olmasını etiraf edib:

"Samirə tipdir. Dostlardan qaçır. Ondan incimişdim, sonra barışdıq. Ulduzluq edirdi".

Elton Hüseynəliyevin adını eşitən sənətçi "Elton, kiminsə fikri ilə hərəkət etmə. Ürəyindən gələni et" sözlərini söyləyib.