Xiyarın faydaları

2 İyul 2013 16:22 (UTC+04:00)

Ən çox yeyilən tərəvəzlərdən biri olan xiyarın tərkibinə A, C, B1 və B2 vitaminləri ilə fosfor, dəmir, kükürd, beta-karoten, manqan və zülal daxildir. Movqe.Az-ın məlumatına görə, xiyar bol su və vitamin ehtiva etdiyi üçün dərinin təzə və hamar olmasını təmin edir. Bunlardan əlavə, daha bilmədiyiniz bir çox faydalarını sizlər üçün bir araya gətirdik:

Qaraciyər, böyrək xəstələrinə xeyirdir.

Ürək və damar xəstəliklərinə qarşı bədəni qoruyur.

Dəri xəstəliklərinə faydalıdır.

Tər vəzilərinin daha sağlam işini təmin edir.

Qanı təmizləyir.

Sidikqovucudur.

Qəbizliyi aradan qaldırır.

Artıq çəkilərdən xilas olmağa köməkçi olur.

Sakitləşdirici təsiri vardır.

Yuxusuzluğa yaxşı gəlir, eyni zamanda yorğunluğu aradan qaldırıır.