Yeni Günəşlidə yolu keçmək istəyən ər-arvadı maşın vurub

3 Mart 2020 14:25 (UTC+04:00)

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Subaru” markalı avtomobillə yolu keçmək istəyən ər-arvad vurulublar.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, martın 2-də saat 23 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini R.Burjunov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nəriman Nərimanovu və onun arvadını vurub. Nəticədə kişi hadisə yerində ölüb, qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.