Bakıda avtomobil qaçıran 3 nəfər saxlanılıb

3 Mart 2020 14:39 (UTC+04:00)

Bakıda avtomobil qaçıran 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılıb.