Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib (FOTO)

3 Mart 2020 17:37 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Mövqe.az-a məlumat verilib.

Dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.