Əfqanıstanın Azərbaycandakı səfirinin otağı qarət edildi, 60 min manat oğurlandı

4 Mart 2020 10:11 (UTC+04:00)

Bakıda səfirlik binası qarət edilib.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib.

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59 933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başladılıb.