Teleaparıcı Azərin villasında oğurluq: Unitaza kimi aparıblar... (VİDEO)

4 Mart 2020 11:29 (UTC+04:00)

Tanınmış teleaparıcı Azər İsmayılov (Zahid) Mərdəkan Buzovna yolunun üstündə  tikdirdiyi villasında oğurluq hadisəsi baş verib.

Mövqe.az Unikal.org-a  istinadən xəbər verir ki, bu barədə Azər İsmayılov özü məlumat verib. Aparıcı iddia edib ki, evində oğurluq edən şəxslər onu tanıyan adamlardır: “Oğurluq burda işləyən adamlar və ya da bura gəlib-gedən şəxslər tərəfindən törədilib. Mənzildən elektrik avadanlıqları, unitaz və digər əşyalar oğurlanıb”.