Polisi avtomobillə vurub öldürdü - Azərbaycanda şok

4 Mart 2020 18:59 (UTC+04:00)

Bu gün Ağstafada yerləşən Peyntbol və Atıcılıq mərkəzinin yaxınlığında, Həsənsu körpüsünün üzərində BMV markalı polis avtomobili Çevik Polis Alayının əməkdaşını vurub.

Mövqe.az xəbər verir ki bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, Bakı-Qazax magistralında xidmət edən polis maşını hərəkətdə olan zaman avtobusdan düşən digər polis əməkdaşını vurub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Fərhad adlı polis əməkdaşı dünyasını dəyişib.

Məlumatı saytımıza Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib:

“Hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Prokurorluqda bununla bağlı araşdırma aparılır”.