Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

5 Mart 2020 11:31 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı rayonunun sakinləri ilə görüşəcək. Qəbul mart ayının 10-da saat 10:00-da Saatlı rayon Gənclər Mərkəzində keçiriləcək.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun həmin tarixdə İmişli rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilərək mart ayının 18-nə təyin olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş edilir.

Telefonlar:

(+994) 050-562-72-32

(021-24) 6-62-99

Elektron poçt ünvanları:

[email protected]

[email protected]

[email protected]