İsmayıllıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAM

5 Mart 2020 14:09 (UTC+04:00)

Prezident İlham Əliyev Nahid Bağırovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mövqe.az-ın məlumatına görə, sərəncama əsasən Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər bir sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.