Siyəzəndə yük maşını minik avtomobili ilə toqquşub, ölənlər var

6 Mart 2020 09:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.