Şamaxı şəhəri ilə Fransanın Qaylard şəhəri qardaş olacaq - EKSKLÜZİV

11 May 2012 15:55 (UTC+04:00)

Azərbaycanın Şamaxı şəhəri ilə Fransanın Qaylard şəhəri qardaşlığı rəsmiləşəcək. Movqe.Az xəbər portalının məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazırliyin dəstəyi ilə 28 may Respublika Günü münasibətiylə Fransanın Qaylard şəhərində Azərbaycan mədəniyyət günləri keçiriləcək.

Bunu Movqe.Az-a mədəniyyət günləri çərçivəsində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək gənc xanəndə Nişanə Baxışova deyib. O, mədəniyyət günləri çərçivəsində möhtəşəm konsert proqramının olacağını və konsertdə caz musiqisinin, milli rəqslərimizin, o cümlədən xanəndələrimizin ifası ilə xoş anlar yaşanacağını bildirib. N.Baxışova həmin tədbirdə rəmzi olaraq Şamaxı ilə Qaylard şəhərinin qardaş olmasının rəsmiləşməsini də açıqladı.

Fuad Mədətov

Movqe.Az