Ötən ay Bakıda 10 günvurma faktı qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın (BŞTTTYS) baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyevin Movqe.az-a verdiyi məlumata görə, iyun ayı ərzində BŞTTTYS-ə günvurma diaqnozu ilə 10 nəfər müraciət edib: "Həmin xəstələrə dərhal tibbi yardım göstərilərək ikisi xəstəxanaya yerləşdirilib".
O. Şahmalıyev günvurmaya məriz qalanların birinin azyaşlı olduğunu söylədi.