Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi reabilitasiya kursu keçən əlilliyi olan xanımları təbrik etdi

7 Mart 2020 19:23 (UTC+04:00)

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-qədirov Respublika Əlillərin Bərpa Mərkəzi, Mərdəkan Müalicə Pansionatı və Uşaq Bərpa Mərkəzində olub. 
Bu müəssisələrdə hazırda reabilitasiya  kursu keçən əlilliyi olan xanımlara, eləcə də sağlamlıq imkanları məhdud qızlara nazirliyin bayram təbriki ifadə olunub.
Aparılan bərpa müalicə işləri də nəzərdən keçirilib.