Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

8 Mart 2020 10:08 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Mövqe.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə, Mehriban"