Bekhem komandasına baxmaq üçün 290 min avro xərclədi

8 Mart 2020 18:54 (UTC+04:00)

Devid Bekhemin klubu olan “İnter Miami” martın 14-də MLS-də ilk ev oyununu keçirəcək.

Goal.az xəbər verir ki, əfsanəvi ingilis futbolçu matçı izləmək məqsədi ilə ailə üzvləri və dostları da daxil olmaqla 16 nəfərlə ABŞ-a yollanıb. Bunun üçün o, təyyarənin birinci sinfini seçib.

Bundan başqa onlar Mayamidə 5 ulduzlu “Soho Beach House”da qalacaqlar. Bekhem bütün bunlara görə 250 min funt (290 min avro) ödəyib.