Azərbaycan Milli Kulinariya komandamızın sevilən markalarla birgə növbəti uğuru

6 Mart 2020 13:57 (UTC+04:00)

        Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Almaniyanın Ştutqart şəhərində İKA – Dünya Kulinariya Olimpiadasındaiştirak edib. Dünyanın ən mötəbər kulinariya müsabiqələrindən olan bu tədbirə ölkəmiz 8 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Gərgin mübarizə şəraitində keçirilmiş yarışda kulinarlarımız 4-cü yerə layiq görülüblər. Daha sonra Rusiya Federasiyasının Çeçenistan RespublikasınınQroznı şəhərində təşkil edilmiş kulinariya festivalına qatılan aşpazlarımız ən yaxşı nəticə göstərərək ilk yeri tutublar. Bundan əlavə yerli kulinarlar üçün Tahir Əmiraslanov tərəfindən mühazirə verilib.

       Yarışlarda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsi, “Sultan Basmati” düyülərindən və “Bizim Süfrə” souslarından istifadə edilməsinin komandamızın yüksək nəticəgöstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu markalar hər zaman istehlakçılar tərəfindən də böyük rəğbətlə qarşılanır. Qeyd edək ki,Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamızın üzvləri iştirak etdikləri tədbir və müsabiqələrdə mütəmadi olaraq“Super Sun” yağı, “Sultan Basmati” düyüləri, “Bizim Süfrə” souslarından istifadə edirlər.