8 Mart günü “Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü

9 Mart 2020 17:53 (UTC+04:00)

Bakıda mağazadan oğurluğa cəhd olub.

Mövqe.az-ın xəbərinə görə, hadisə martın 8-də (Beynəlxalq Qadınlar Günü) “Sabina” parfümeriya mağazalar şəbəkəsinin Nizami küçəsində yerləşən mağazasında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü V.Plotnikova 31 manat dəyərində dodaq boyası oğurlamaq istəyib. Bu zaman qadın mağazanın işçiləri tərəfindən yaxalanıb və aidiyyəti üzrə polis bölməsinə təhvil verilib.

Daha sonra V.Plotnikova polis bölməsində bildirib ki, mağazanın satıcısı Xəyalə adlı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.