Dünya bazarlarında neftin qiyməti 7 faiz bahalaşıb

10 Mart 2020 10:28 (UTC+04:00)

Dünya bazarlarında neftin qiymətləri ötən gün 24-25 faiz azaldıqdan sonra səhər saatlarında korreksiya nəticəsində 7 faiz bahalaşır.

Mövqe.az-ın məlumatına görə, “Brent” markalı neftin may fyuçersləri 7,33 faiz artaraq 36,88 dollar/barelə bərabər olub.

WTI (West Texas Intermediate) markalı neftin aprel fyuçersləri isə 6,91 faiz bahalaşıb və 33,28 dollar/barel təşkil edib.

Xatırladaq ki, ötən gün “Brent” markalı neftin qiyməti 30 faizədək azalıb. Bu, 1991-ci ilin yanvarından neft qiymətinin ən kəskin azalması olub.