Qurban Qurbanov dünya reytinqində irəlilədi

10 Mart 2020 12:46 (UTC+04:00)

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, 1000 mütəxəssisin adının yer aldığı cədvəldə Azərbaycanı təmsil edən yeganə məşqçi Qurban Qurbanov 1054 xalla 566-cı yerdə qərarlaşıb. O, ötən illə müqayisədə 7 pillə irəliləyib.

Qeyd edək ki, "Liverpool"un çalışdırıcısı Yurgen Klopp 15 min 846 xalla siyahıya liderlik edir.