Bakı sakinindən silah-sursat götürüldü

10 Mart 2020 13:28 (UTC+04:00)

Bakı şəhər sakinində silah-sursat aşkarlanılıb.

Bu barədə Möqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd paron darağı və 7 ədəd patron götürülüb.