Bakıda maşın yolu keçən qadını vurub öldürdü

10 Mart 2020 14:16 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, martın 9-da saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rübabə Bağırovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.