Aqrar Kredit və İnkişaf Agentliyi payız səpinləri üçün 75 milyon manat subsidiya ayırıb

10 Mart 2020 16:33 (UTC+04:00)

Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) payız səpinləri üçün 75 milyon manat subsidiya ayırıb.

Mövqe.az-ın məlumatına görə, bunu Agentliyin sədri Mirzə Əliyev brifinq zamanı deyib.

O bildirib ki, artıq 180 min fermerin kartında subsidiya vəsaitləri var.

M.Əliyev qeyd edib ki, elektron kənd təsərrüfatı məlumat sistemində 474 520 fermer qeydiyyatdan keçib. 361 307 fermer payız səpinini həyata keçirib:

“Ölkədə 993 718 hektar torpaq səpilib. 279 553 fermer kartı hazırdır, onlardan 102 500-ü verilib. 156 391 fermer kartı isə “Kapital Bank”ın regional filiallarındadır, fermerlər bu kartları götürə bilər”.