Regionlarda telefon abunəçilərinin sayı 1 milyona çatdırılacaq

3 Aprel 2012 19:45 (UTC+04:00)
"Aztelekom" regionlardakı abunəçilərinin sayını bir milyona çatdırmağı hədəfləyib. Hazırda rayonlarda telefon abunəçilərinin sayı 700 minə çatıb. "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12-yə, 100 ailəyə düşən telefonların sayı isə 57-yə bərabərdir.