Real Madrid-də iki ciddi itki

10 Mart 2020 22:54 (UTC+04:00)

İspaniyanın “Real” klubu iki ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Marselo və qapıçısı Tibo Kurtua zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun La Liqanın son turunda keçirilən “Betis”lə oyunda (1:2) zədələndikləri bildirilib. Həm Marselonun, həm də Kurtuanın zədəsinin sol ayaq əzələsində olduğu deyilir.

“Real” futbolçuların sağalma müddəti ilə bağlı məlumat verməsə də, İspaniya mətbuatı hər iki futbolçunun La Liqanın növbəti turunda keçiriləcək “Eybar”la və Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti həftə baş tutacaq “Mançester Siti” ilə qarşılaşmalarda iştirak etməyəcəyini bildirib.

“Mançester Siti” və “Real” arasında İspaniyada keçirilən ilk oyunda ingilislər 2:1 hesablı qələbəyə sevinmişdi.