Feminizm kələfinin ucu hardadır?!

11 Mart 2020 09:36 (UTC+04:00)

8 mart günü özünü feminist adlandıran bir qrup gənc qadının Bakının mərkəzində aksiya keçirməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar və saytlarda qeyd edilən rəylərdən məlum olur ki, cəmiyyətimizə bayram aksiyası əvəzinə böyük biabırçılıq bəxş edib. Ona görə yox ki, bu aksiyaya asayiş keşikçiləri mane olub, yox, ona görə ki, bizim gənclərimiz arasında həyat həqiqətlərini dərk etməyənlərin, azadlıqdan danışıb əslində özlərini plebey kimi aparanların yetişməsi cəmiyyəti başıaşağı edən amil kimi çıxış edib. Aksiyada özlərini "azadlıq aşiqi" kimi qələmə verənlərин bəziləıri  əslində əxlaqsızlıq nümunəsi nümayiş etdiriblər. 

Saytlarda bu "qızların" əllərində tutduqları şüarlar deyilənlərin sübutu kimi, biabırçı olsa da, faktdır. Nə istəyirlər bu qızlar? Azadlıq? Axı, onlar azaddırlar. Necə istəyirlərsə, elə də yaşayırlar. Hərçənd onların yaşam tərzini özlərindən başqa heç kim tərcih etmir. Çünki, istədikləri əxlaqsız olmaqdır. Belə görünür ki, onların əxlaqsızlıq və əxlaqlılıq haqda təsəvvürləri ya zəifdir, ya da anadangəlmə xəstəlikləri var. Yox, bunları qızışdırıb küçələrə salanlar xaricdən gələn və siyasi motivlər güdən sifarişlərdir. Təbii ki, pul müqabilində özünü abırsızlığa qoymaqdır.

Feminizmin kökü, hamıya məlumdur ki, Qərbdən gəlir. Həm də pis cərəyan deyil, qadın hüquqları uğrunda mübarizə aparanlardır. Amma hüquqdan danışıb başıpozuqluğu, tərbiyəsizliyi əxlaq normasına çevirmək istəyi antifeminizmdir. Elə bir cəmiyyət yoxdur ki, orada mənfi tendensiyalar olmasın. Hətta qadınların hüquqlarının pozulması halları da bura aiddir. Bugünkü informasiya həyatımızda bu haqda nə qədər desən fakt tapmaq olar. Bəli, bizdə məişət zorakılığı var. Hətta ən inkişaf etmiş ölkələrdə belə bu tip hadisələr baş verir. Bu hadisələrin ümumi bir səbəbi cəmiyyəti təşkil edən fərdlər arasında düşüncə geriliyinin olmasıdır. Təkcə bir günün hadisələrinə nəzər salın. Görün, qadınlarla bağlı nə qədər məqsədsiz və bəşəriyyətin qəbul etdiyi əxlaq qaydalarını pozan hadisələr baş verir. Bir həftənin gəlini evdən qaçır. Gənc qız internetdə tanış olduğu gənclə gizli sevgi yaşayır və işin üstü açılanda özünü məzlum yerinə qoyur və ya intihar edir. Bu o deməkdir ki, həmin şəxs səhv etdiyini bilə-bilə bunu edir və sonradan xəcalət hissindən həyatını itirməkdən belə çəkinmir. Yaxud, ətrafımızda, tanışlarımız arasında min oyundan çıxan, gündə bir kişi ilə əlaqə qurub (bunu səthi olaraq "yüngül həyat tərzi" adlandırırıq) əxlaqsızlıq edən, həyatın mənasını bunda görən və əksər hallarda SPİD xəstəsinə çevrilən qadınlar azdırmı? Əgər Azərbaycan cəmiyyəti vəhşi olsaydı və tərcih olunan əxlaq qaydalarına insaf etmədən əməl etsəydi, onda hər gün nə qədər qadının faciəsi yaşanmalıydı. Lakin cəmiyyət ailə-məişət və insanların mənəvi məsələlərində səbrli davranmağa üstünlük verir. Baş verən olayların müqayisəli təhlili halında nadir hallarda qadınlara elədikləri hərəkətlərə görə qəsd olunur ki, həqiqətən bu, yolverilməz haldır. Çünki, buna görə ictimai qınaq var. Ailəlisənsə, boşanma proseduru var.

"8 marş" adlanan yöndəmsiz aksiyanın ən fəal üzvlərindən biri Nərmin Şahmarzadə adlı feminist qadındır. Bəli, bu həmin şəxsdir ki, xalqımıza qarşı soyqırım törətmiş erməni istilaçılarına qarşı təkbaşına mübarizədə düşmənə qan udduran və torpaq uğrunda canını fəda edən Mübariz İbrahimovu təhqir etmişdi. Diletanlar arasında "hər kəs öz fikrini deməkdə azaddır" ideyası ilə bu xanımı müdafiə edənlər də tapılmışdı. Amma bütövlükdə Azərbaycan xalqı N.Şahmarzədəni ciddi qınaq etmiş və cəbhədə qan tökən soydaşlarımızın tələbi ilə məhkəmə ona təhbehedici cəza vermişdi: 400 saatlıq ictimai təmizlik işində çalışmaq. Əsas odur ki, Nərminin səhv olduğu ona anladılmışdı. Çünki, hər bir cəmiyyətin özünün bir kredosu var və azlıq çoxluğa tabedir. Əgər Azərbaycan cəmiyyətində çoxlıq sənin fikirlərini qəbul etmirsə, sən çoxluğa tabe olmalısan, hətta öz fikrində qalsan belə. Bu, məhz hamının qəbul etdiyi demokratik yanaşma tərzidir. 

Uğursuz aksiyadan sonra sosial şəbəkədə fəallıq göstərən aksiyanın təşkilatçıları istifadəçilər tərəfindən ciddi tənqid atəşinə tutulub. 5-6 nəfər təşkilatçıdan başqa demək olar ki, hamı onları əməllərinə görə qınayıb. Və bir nəfər Nərmin Şahmarzadəı haqda yazıb ki, "deyəsən, bunların evində başıpapaqlı yoxdur". Bu hədə deyil, Azərbaycan təbiətində formalaşmış insanların etik davranışlıarına görə verilən ən güclü qınaq rəyidir. Görəsən, Nərmin başa düşə bilibmi ki, o, anormal fəaliyyəti ilə öz əziz ailə üzvlərini də mənəvi zərbəyə məruz qoyur. Həmin aksiya iştirakçıları bütün dünyada "ləyaqətimi kimə istəsəm verərəm" tipli şüarlar səsləndirən qızını müdafiə edən ata tapa bilərlərmi? Axı, o atanın günahı nədir ki, onu dost-tanışı, qohumları, yaşadığı cəmiyyət içərisində belə gözükölgəli edirsiniz? Çətin və bütün dünyagörqüşlər səviyyəsində bu versiya rədd edilər. Amma Nərmin bunu özünə rəva görür. Niyə? Yəqin ki, məcburdur. Ya özü şəxsən hansısa xarici təşkilatdan pul alıb, ya da xarici kəşfiyyata işləyir və cəmiyyəti qarışdırmaq məqsədi güdür.

Bəs, görəsən, bu xanımlar dünyaya uşaq gətirən, cəmiyyətə ictimai varlıq yetişdirən qadınların doğuş zamanı ölməsinin qarşısını almaq, onların cəmiyyətdə fəallığını artırmaq üçün təkliflər irəli sürsəydilər nə olardı? Gərək elə əxlaqsızlığı təbliğ etsinlər?

Düşünməliyik ki, belələrinin xaric də daxil olmaqla heç bir cəmiyyətdə möhkəm dayaqları yoxdur. Bakı aksiyasının nəticəsində də göründü ki, bu qadınları bütün xalq lənətlədi.

N.NOVRUZ