Şabranda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində aşkarlandı

11 Mart 2020 09:49 (UTC+04:00)
Şabran sakini dəm qazından boğulub. Mövqe.azın məlumatına görə, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.