Xarici ölkə vətəndaşlarının I sinfə elektron ərizəsinin qeydiyyatı qaydası açıqlandı

11 Mart 2020 12:37 (UTC+04:00)

Təhsil Nazirliyi xarici ölkə vətəndaşlarının I sinfə elektron ərizəsinin qeydiyyatı qaydasını açıqlayıb.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, xarici ölkə vətəndaşlarının I sinfə elektron ərizəsinin qeydiyyatı Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.