Polşada məktəblər və universitetlər bağlanır

11 Mart 2020 17:27 (UTC+04:00)

Polşa hökuməti koronavirus təhlükəsi ilə əlaqədar ölkə ərazisində tədris müəssisələrinin bağlanması barədə qərar verib.

Trend-in məlumatına görə, məktəblər və universitetlərdə tədirs martın 16-dan etibarən dayandırılacaq.

Qeyd olunur ki, tədris müəssisələri iki həftə müddətində bağlı qalacaq.

Bu günədək Polşada koronavirusa 25 yoluxma faktı təsdiqlənib.