Rusiyada hərbi hissədə PARTLAYIŞ: 4 yaralı

11 Mart 2020 18:21 (UTC+04:00)

Moskva ətrafında Luxovitsaxda yerləşən hərbi hissədə partlayış baş verib.

Mövqe.az  Day.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 hərbçi yaralanıb. Yaralılardan birinin qəlpə yaraları aldığı, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, insident müəyyən olunmamış predmetin partlaması nəticəsində baş verib.