Qərb ölkələrində əcnəbilərə nifrətin miqyası getdikcə böyüyür

12 Mart 2020 08:35 (UTC+04:00)

Bu günlərdə Yunanıstanda polislərin və hərbçilərin Türkiyə ilə sərhəddə miqrantlara qarşı qaz bombaları, rezin güllələr və silahdan istifadə etmələri dünya ictimaiyyəti tərəfindən şiddətlə qınanır. Sərhəddə onların açdıqları atəş nəticəsində bir miqrant ölüb, 5 nəfər yaralanıb. Yaralılara hadisə yerində yardım göstərib, onlardan biri xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Artıq bir həftədən çoxdur ki, böhran davam edir. Avropa İttifaqının strukturları tədbir görmək əvəzinə miqrantlatrı geri qaytarmağın yollarını axtarır, bu işi onsuz da 4 milyon suriyalının yükünü mçiynində daşıyan Türkiyənin üzərinə atmağa çalışırlar. Faktlardan göründüyü kimi, zorakılıq son həddə çatıb.

Miqrant böhranı Avropa üçün təzə məsələ deyil. İş burasındadır ki, Qərb ölkələrinin miqrantlara ehtiyacı böyükdür. Lakin bu ölkələrdə ixtisaslı miqrantlara meyillik var. Bir də özlərinin əlində siyasi alətə çevrilmiş üzdəniraq vətənpərvərlərə qərblilər avropalılar qucaq açırlar. Halbuki ixtisaslı işçilərə elə öz vətənlərində ehtiyac böyükdür və onlar iş tapıb özlərini dolandıra bilirlıər. Avropaya qaçanların əksəriyyəti elə avropalıların geostrateji maraqları çərçivəsində apardıqları siyasətin zorakı nəticələrinə görə yaşadıqları ölkələri tərk edənlərdir. Xüsusilə surayalıların köçü başadüşüləndir. Müharibə insanları qaçaq salıb. Bir neçə il əvvəl miqrant böhranı yaşananda Aİ səlahiyyətliləri Türkiyədən xahiş etdilər ki, sərhədləri bağlasın və qaçqınların problemlərinin çözülməsində bu ölkəyə yardım edəcəklər. Türkiyə vəd verdi və ona əməl etdi. Aİ rəhbərliyi isə sözünü tuta bilmədi və yeni şəraitlə bağlı yeni qaçqın dalğası başlayanda artıq Türkiyə imkanının olmadığını bildirərək sərhədləri açmağa məcbur oldu.   

İndi vəziyyət kritikdir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropaya etdiyi bir günlük səfərdində bu məsələnin yoluna qoyulmasıni istəyirdi. Lakin avropalılar yenə də sözdə yardımdan danışıb sərhədlərin bağlanmasını xahiş edirlər.

Bunlar öz yerində. Bəs, görəsən daim insan hüquqlarından danışıb müstəqil dövlətlər haqqınnda ağızlarına gələni danışan avropalı hüquq müdafiəçiləri harda itib-batıblar. “Sərhədsiz reportyorlar”, “Amnesty İnternational”, “ABŞ-dakı “Freedom Hause” təşkilatlarının ağızlarına su dolub, nədir, səsləri çıxmır. Halbuki Azərbaycanda cinayət törədəni siyasi məhbusa çevirməkdə, milli dəyərlərin məhv edilərək Avropaya məxsüus dəyərlərin qeyd-şərtsiz qəbul edilməsini cəmiyyətimizə sırımaqda bu təşkilatlar çox mahirdilər. Əgər bizdə ictimai asayişi pozanı öpolis intizama dəvət edirsə, onların rəyincə bu, artıq söz azadlığının pozulması sayılır. Amma Avropada miqranta atəş açılması “normal” haldır və dövlətin “təhlükəsizliyinə” xidmət edir.

Ölkə başçısı İlham Əliyev Avropa qurumlarının bu cür fəaliyyəti ilə bağlı çıxışlarında qeyd edib: “Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq”.

Mərkəzi və Şərqi Avropa liderləri niyə qaçqınları qəbul etmək istəmədiklərini izah etməyə çalışanda, bir-birinə zidd açıqlamalar verirlər. Bəziləri qaçqınların yerli işçilərin yerini daraltdıqlarını iddia edirlər ki, bu da əslində, qaçqınların əməksevər olduğunu göstərir; digərləri isə qaçqınların sosial müavinətlərə güvənmələrindən şikayət edirlər ki, bu da onların çox az işlədiyini göstərir. Əslində isə məsələnin kökü avropalıların özlərini yer kürəsinin digər yerlərindən ayıraraq ambisiyalı aparmaqlarındadır. Axı, inkişaf etmiş ölkələr məhz indi onlara pənah gətirmiş ölkələrin xalqlarını istismar etmək hesabına yüksək yaşam tərzinə çatıblar. Əgər demokratik və humanist meyarları üstün tutursunuzsa, onda niyə həmin xalqların da inkişafına yardım etmək istəmirsiniz?!

N.NOVRUZ