DANX-da koronavirusa qarşı profilaktik tədbirlər görülür (FOTO)

12 Mart 2020 13:59 (UTC+04:00)

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında dezinfeksiya işləri aparılır.

Bu barədə Mövqe.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.

Qeyd olunub ki, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında mütəmadi olmaqla profilaktik tədbirlər aparılır.