Gürcüstandan Azərbaycana gizli yolla tibbi ləvazimatlar gətirən şəxs saxlanıldı

13 Mart 2020 12:56 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Scania R480" markalı avtomobil ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı avtomobilin salonundakı yorğanların içərisində gömrük nəzarətindən gizlədilən, 294 qutu və 1265 flakon müxtəlif adda tibbi ləvazimatlar aşkarlanıb.