Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür - Siyavuş Novruzov

13 Mart 2020 12:54 (UTC+04:00)

Bu gün Azərbaycanda süni ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür.

Mövqe.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır:

“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır. Dövlət tərəfindən lazımi tədbirlər görüləcək".