Smitsonian İnstitutu Gəncə şəhərinin 4000 illiyini təbrik edib

4 İyul 2013 14:44 (UTC+04:00)

ABŞ-ın elmi-tədqiqat və muzey mərkəzi olan Smitsonian İnstitutu Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Gəncə şəhərinin əsasının qoyulmasının 4000 illiyi münasibətilə təbrik edib. Mövqe.az-ın verdiyi məlumata görə, İnstitutun Asiya Mədəniyyəti Tarixi Proqramının direktoru Pol Mayklın adından göndərilən təbrik məktubunda deyilir: "Gəncə gözəl və qədim tarixi şəhərdir, onun adı xüsusi heyranlıqla yunan və Romanın tarixi mənbələrində, ədəbiyyat və fəlsəfənin tarixi sənədlərində əsasən də Nizamı Gəncəvinin vətəni olaraq öz yerini tapıb. Gəncə şəhərinin tarixi əhəmiyyətini müasir dövrdə də qoruyub saxlaya bilib. Belə ki, bu şəhər şərqdə və müsəlman dünyasında ilk Demokrtaik Respublikanın beşiyi olmaqla əhəmiyyətini bir daha göstərə bilib. Aparılan araşdırmalar Gəncənin 4000 illik tarixini isə daha qədimlərə söykənən, bəşər insanının ilkin məskunlaşmasını əks etdirən tapıntılar da sübut edir". Smitsonian İnstitutu proqram direktoru daha sonra Gəncənin bu tarixi əhəmiyyətli gününü qeyd edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini və onun bütün üzvlərini təbrik edərək uğurlar arzulayıb