Belçikadakı səfirlik Azərbaycan vətəndaşları üçün "Qaynar xətt" açdı

15 Mart 2020 18:13 (UTC+04:00)

Koronavirusla əlaqədar Belçikadakı Azərbaycan Səfirliyinin qaynar xətt nömrəsi fəaliyyətə başlayıb.

Səfirlikdən Mövqe.az-a verilən məlumata görə, Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan “Qaynar xətt” yaradılıb.

Qaynar xətt nömrəsi: +32 484 41 26 61