Mövqe.az-ın məlumatına görə, bir neçə gündür şəhərimizin qonağı olan türkiyəli müğənni Ajda Pekkanın şərəfinə ziyafət təşkil olunub. Həmin ziyafətdə müğənni B. Dadaşova ilə birgə deputat Qənirə Paşayeva da iştirak edib. B. Dadaşova Ajda Pekanın şərəfinə "Kimlər gəldi, kimlər getdi" mahnısını ifa edib. Q. Paşayeva da qonağı hədiyyəsiz qoymayıb. Belə ki, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Türkiyənin məşhur sənətçisi Ajda Pekkana "Bir ömür sənətə və mədəniyyətə xidmət ödülü" verilib.